XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 14:00

Sankt-Peterburq terroru qurbanlarınınsayı 15-ə çatıb

Sankt-Peterburqda metroda törədilmiş terror aktında xəsarət alanlardan biri dünyasını dəyişib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu şəhər qubernatorunun müavini Anna Mityanina “Twitter” səhifəsində yazıb.

Məlumata görə, o, Sankt-Peterburqda Hərbi Tibbi Akademiyada müalicə olunurmuş.

Qeyd edək ki, aprelin 3-də törədilmiş terror aktı nəticəsində ehtimal edilən terrorçu da daxil olmaqla 14 nəfərin həlak olduğu, 50-dən çox adamın yaralandığı barədə rəsmi açıqlama verilib.