XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 16:57

“Microsoft” “Windows Vista” əməliyyat sisteminindəstəyini dayandırıb

“Microsoft” korporasiyası “Vista” əməliyyat sisteminin dəstəyini rəsmən dayandırıb. Şirkət dəfələrlə bu sistemi öz tarixində ən uğursuz platforma adlandırıb. Bundan sonra həmin əməliyyat sistemi üçün təhlükəsizlik yeniləmələri çıxarılmayacaq, həmçinin tapılmış səhv və nasazlıqlar aradan qaldırılmayacaq.

Azərtac “belta.by” saytına istinadən xəbər verir ki, 2007-ci ilin yanvarında istifadəçilərin ixtiyarına verilmiş “Windows Vista” əməliyyat sistemi populyar “XP” platformasını əvəz edib. Yeni əməliyyat sistemi güclü elektron içliyə malik kompüter tələb edirdi. O dövrdə çox az kompüter “Vista” sisteminin xüsusi effektlərini göstərə bilirdi. Bundan başqa, bu və ya digər əməliyyatın edilməsinə icazə istəyən “User Account Control” funksiyası istifadəçiləri qıcıqlandırırdı. Buna görə də istifadəçilər “Windows XP” platformasına üstünlük verirdilər, 2 il sonra isə yeni “Windows 7” sistemindən istifadə etməyə başlayıblar. 2017-ci ilin martına olan statistikaya görə, fərdi kompüterlərin 0,72 faizi “Vista” sistemi ilə işləyib.