XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 19:45

Tillersonla Lavrovungörüşü beş saat çəkib

Moskvada ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar, həmçinin onların birgə işçi lançı başa çatıb.

Azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Tillerson ABŞ nümayəndə heyətinin qaldığı otelə qayıdıb. Nümayəndə heyəti üzvlərinin əhatəsində mehmanxanaya daxil olan dövlət katibi foyeyə toplaşmış jurnalistlərlə təmas qurmayıb.

Rusiya XİN-dən bildiriblər ki, işçi lanç da daxil olmaqla nazirlərin danışıqları beş saata yaxın davam edib.

Bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reks Tillerson və Sergey Lavrovun Prezident Vladimir Putin tərəfindən qəbul olunması ehtimalının mövcudluğunu bildirmişdi.