XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 12:31

“Avropa İttifaqı ilə viza problemini həll etmək istəyirik” –Mövlud Çavuşoğlu

“Avropa İttifaqı ilə geri qəbul razılaşması çərçivəsində viza rejiminin ləğvi məsələsində son təklifimizi iyun ayında rəsmi Brüsselə təqdim edəcəyik”.

Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Apreliin 16-da keçiriləcək referendumdan sonra Avropa İttifaqına son təklifimiz təqdim edəcəyik. Ondan sonrakı prosesi dəyərləndirib, qərarımızı sizlərlə paylaşacağıq. Avropa İttifaqı ilə viza problemini həll etmək istəyirik”, – deyə M.Çavuşoğlu bildirib.

Xatırladaq ki, ötən ilin martında Avropa İttifaqı (Aİ) və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişi imzalanıb. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.

Bu razılaşmalar çərçivəsində Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi də nəzərdə tutulmuşdu. Ancaq Aİ sonradan Türkiyə ilə viza rejiminin ləğv etdirilməsi üçün Ankaraya terrorçuluqla mübarizə ilə bağlı qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb.

Qeyd edək ki, 2016-cı il noyabrın 24-də isə Avropa Parlamentində Türkiyə ilə Avropa İttifaqına üzvlük müzakirələrini dayandırmaq barədə qərar qəbul edilib.

Report