XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 20:29

Birləşmiş Ərəb Əmirliyi kosmosa astronavt göndərəcək –İsrail mediası

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) kosmosa astronavt göndərəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu BƏƏ kosmik araşdırma proqramında nəzərdə tutulub.

Proqramı Dubay hakimi şeyx Məhəmməd bin-Rəşid və Əbu-Dabinin varis şahzadəsi Məhəmmd bin Zayd imzalayıb.

BƏƏ-də Kosmik Araşdırma Mərkəzinin yaradılması da proqramda nəzərdə tutulub.

Məlumata görə, hələ 2015-ci ildə BƏƏ hökuməti 2021-ci ildə Marsa ilk peyk göndərəcəklərini bəyan edib. Bu ilin martında isə 2117-ci ildə Marsda şəhərciyin salınması məqsədi ilə dövlət kosmik araşdırma proqramı təsdiqlənib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Sultan bin-Salman 1985-ci ildə kosmosa uçub. O, ilk ərəb kosmonavtı sayılır. Sultan bin-Salman 1956-cı ildə Səudiyyə Ərəbstanında anadan olub. Kosmosda 7 sutka 1 saat 38 dəqiqə 52 saniyə qalıb.

Suriya Hərbi Hava Qüvvələrinin polkovniki Məhəmməd Faris 1987-ci ildə kosmosa uçub. O, 1951-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. 1987-ci il iyulun 22-də keçmiş SSRİ-nin “Soyuz TM-3” kosmik gəmisi ilə kosmosa uçub, iyulun 30-dək orada qalıb.