XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 22:48

Peterburqda daha bir partlayış –Bir nəfər yaralandı

Rusiyanın Sankt Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb. Partlayış nəticəsində əlsiz qalan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində partlayıb.

Hadisə yerinə polis cəlb edilib. Araşdırmalara başlanılıb.

APA