XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 05:08

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru “Wikileaks”i suçladı –Rusiya hərbi kəşfiyyatına kömək edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru "Wikileaks" saytını, onun qurucusunu “düşmənçilikdə” və Rusiya hərbi kəşfiyyatının ABŞ prezident seçkilərinə müdaxiləsi üçün vasitə olmaqda ittiham edib.

Mike Pompeo bu bəyanatları aprelin 13-də Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində etdiyi çıxışında səsləndirib.

Pompeodan başqa, bir sıra ABŞ millət vəkilləri və siyasətçiləri də "Wikileaks" və onun banisi Julian Assanc barədə buna bənzər fikır irəli sürüblər.

Ötən il keçirilmiş ABŞ prezident seçkisi zamanı təşkilat Demokratik Partiyanın rəsmilərinə və onların prezidentliyə namizədi Hillari Klintona aid elektron məktubları sızdırıb.

ABŞ kəşfiyyat agentlikləri yanvar ayında bildirmişdilər ki, sözügedən haker müdaxiləsi Klintonun seçki kampaniyasına ziyan vurmaq və nəticədə Donald Trampın qələbəsinə kömək etmək məqsədi güdüb.

ABŞ rəsmiləri Rusiyanın hərbi kəşfiyyat – Baş Kəşfiyyat İdarəsini və ölkənin əsas təhlükəsizlik agentliyi olan Federal Təhlükəsizlik Xidmətini kibermüdaxilələrdə ittiham ediblər.

Tramp isə "Wikileaks"in müdaxilələrini şərh edərkən demişdi ki, o, Klintonun e-maillərinin sızdırılmasından məmnundur.

azadliq.org