ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini bərpa ediblər.
Bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
“Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, lakin, mənim bildiyimə görə, o qüvvədədir”, – deyə məmur bildirib.
Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. “O artıq bərpa olunub”, – deyə Toner cavabında bildirib.
Qeyd edək ki, ABŞ-ın aprelin 7-də Suriya aviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı təhlükəsizlik memorandumunu dayandırmışdı. (APA)