XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 12:14

Bəşər Əsəd:“İdlibə kimyəvi bomba atılması barədə deyilənlər yüz faiz yalandır”

"İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici bombaların atılması barədə deyilənlər yüz faiz yalandır. ABŞ bu saxtalaşdırılmış məsələdən yararlanaraq, ondan Homs vilayətindəki Şayrat aviabazamızı bombalamaq üçün istifadə etdi. Lakin Birləşmiş Ştatların qanadlı raketlərlə zərbələri Suriya ordusunun döyüş qüdrətinə əsla təsir etmədi".

Suriya prezidenti Bəşər Əsəd AFP-yə verdiyi müsahibəsində belə deyib.

"Bizdə belə təəssürat yaranıb ki, Qərb, ilk növbədə, Birləşmiş Ştatlar terrorçularla əlbirdirlər. Onlar Xan Şeyhunda kimyəvi hücumla bağlı saxta əhvalatı uydurublar ki, Suriyaya hücuma səbəb olsun. Halbuki, bizim kimyəvi silahlarımız artıq yoxdur. Biz belə arsenallardan hələ 2013-cü ildə imtina etmişik. Dəməşq hətta kimyəvi silahlara malik olsaydı belə, biz onu tətbiq etməzdik", – Bəşər Əsəd söyləyib.

O, daha sonra bəyan edib ki, Xan Şeyhunda bombardmandan sonra göstərilən uşaq cəsədləri ssenarinin tərkib hissəsidir: "Bu uşaqlardan da istifadə edirlər. ABŞ prezidenti Donald Tramp ya yalan danışdığını etiraf etməli, ya da suveren və müstəqild dövləti vurduğuna görə cavab verməlidir. Həmin videoların səhih olduğunu yoxlamaq gərəkdir. İndi saxta videlar həddən ziyadədir və onlardan bizə qarşı istifadə olunur". (milli.az)