İran Prezidenti Həsən Ruhani gələn ay keçiriləcək prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçib.
H.Ruhani bu gün Tehranda Daxili İşlər Nazirliyinə gələrək orada qeydiyyata alınıb.
Qeyd edək ki, ölkədə prezident seçkiləri mayın 19-a keçiriləcək. H.Ruhaninin əsas rəqibləri keçmiş prezident Mahmud Əhmədinejad və mühafizəkar din xadimi İbrahim Raizidir.