XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2017 - 10:35

ABŞ Şimali Koreya tərəfindən hücuma qarşıtəlimlər keçirib

Kyodo agentliyinin yaydığı məlumata görə, ABŞ Okinava adasındakı Kadena aviabazasında Şimali Koreya tərəfindən hücuma qarşı təlimlər keçirib.

Təlimlər aprelin 12-dən 14-dək təşkil edilsə də, bu barədə məlumat yalnız aprelin 15-də açıqlanıb. Təlimlər Koreya yarımadasında vəziyyətin gərginləşməsi fonunda Şimali Koreyanın hücumunun qarşısının alınması məqsədilə keçirilib. Aprelin 4-də Şimali Koreyanın növbəti raket sınağından sonra ABŞ-ın Şimali Koreyaya hücumu mövzusu Yaponiyada ən aktual məsələyə çevrilib.

Suriyaya baş tutan raket zərbələrindən sonra ABŞ Prezidenti Donald Trampın Şimali Koreyaya qarşı bütün variantların baxıldığı barədə bəyanatı, eyni zamanda, bu ölkəyə məxsus dəniz zərbə qrupunun Koreya yarımadasına göndərilməsi Yaponiya və Cənubi Koreyada ciddi narahatlıq doğurub.

ABŞ-ın müttəfiqi olan hər iki ölkə Vaşinqtonun Şimali Koreyaya qarşı istənilən addımını dəstəkləmək məcburiyyətindədir. Bununla yanaşı, bu ölkələrdə yaxşı başa düşürlər ki, Şimali Koreyanın cavab atəşlərinin hədəfi məhz həmin ərazilərdəki ABŞ bazaları olacaq. Bunu nəzərə alan Yaponiya artıq ABŞ-dan hücum olacağı təqdirdə mütləq əvvəlcədən xəbərdarlıq olunmasını tələb edib(azərtac).