XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2017 - 12:51

Ruhani İranın yeni hərbi texnikası ilətanış olub

İran Prezidenti Həsən Ruhani ölkənin Müdafiə Nazirliyinin son iki il ərzində istehsal etdiyi hərbi texnikanın nümayiş olunduğu sərgidə iştirak edib.

Trend-in məlumatına görə, H.Ruhani “Kosar” milli təlim təyyarəsi, “Mohajer-6” taktiki pilotsuz uçuş aparatı, “Nasir” gəmi əleyhinə qanadlı raketi və “hava-hava” tipli “Fakor” raketi ilə tanış olub.

Bundan başqa, İran prezidenti “Qaher-313” qırıcısının uçuşa hazırlıq mərasimində də iştirak edib.