XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 13:06

Brüssel “Brexit” üçün daha yumşaq variantnəzərdən keçirir

Brüssel Norveç və başqa ölkələrin Avropa İttifaqı ilə əlaqələrini əldə əsas tutaraq Böyük Britaniyanın İttifaqdan çıxışı üçün daha yumşaq variant nəzərdən keçirir.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, plan Böyük Britaniyanın Norveç, İslandiya, İsveçrə və Lixtenşteynin üzvü olduğu Avropa Azad Ticarət Assosiasiyasına (EFTA) qoşulacağını nəzərdə tutur.

Bundan sonra Britaniya Avropa İqtisadi Zonasına (EEA) üzvlük üçün müraciət edə biləcək və bu, ölkəyə Avropa bazarına sərbəst çıxış imkanı bəxş edəcək.

Qeyd olunur ki, "Norveç modeli" adlanan bənzər variant Britaniyanın Aİ-dən çıxışının mənfi iqtisadi təsirini azaltmağa və ticarət əlaqələrini qorumağa imkan verəcək.