XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 13:20

TürkPA-nın müşahidəçi missiyası Türkiyədəreferendumu izləyəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti aprelin 16-da Türkiyədə Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumu müşahidə etmək məqsədi ilə Ankarada səfərdədir.

Azərbaycan Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ümumxalq səsverməsi ərəfəsində bir sıra görüşlər keçirib. Nümayəndə heyətinə deputat Ağalar Vəliyev, TürkPA-nın baş katibi Jandos Asanov, həmçinin Qazaxıstan və Qırğızıstanın parlament təmsilçiləri daxildirlər.

Nümayəndə heyətinin üzvləri referendumla bağlı Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güvənlə görüşərək, mühüm siyasi aksiya ilə bağlı ətraflı məlumat alıblar. S.Güvən bildirib ki, ümumxalq səsverməsi üçün bütün hazırlıqlar yekunlaşıb. Nümayəndə heyətinin rəhbəri Ə.Əmiraslanov qardaş xalqların parlamentarilərinin səsvermənin yüksək səviyyədə keçəcəyinə inandıqlarını qeyd edib.

Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyasının üzvləri bazar günü keçiriləcək səsvermə zamanı digər müşahidəçilərlə birlikdə bir sıra seçki məntəqələrində olacaq, səsvermə prosesinin gedişini izləyəcəklər(azərtac).