XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Aprel 2017 - 14:53

Hakimi alçaldan klub prezidenti futboldanömürlük kənarlaşdırılıb

Tunis Futbol Federasiyası "Sfaksyen" klubunun prezidenti Monsef Hemahemi ömürlük diskvalifikasiya edib.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Hemahemin "Etual dü Sahel"lə oyundan sonra hakimi öpməsi səbəb olub. O, referinin

"Sfaksyen" əleyhinə penalti təyin etməsindən narazı olub. Görüşdən sonra klub prezidenti hakimlər briqadasına yaxınlaşaraq, onlardan birini öpüb, qulağını dişləyib və yanağına çimdik atıb.

Hemahem 30 min dinar (1500 avro) cəriməyə də məruz qalıb.

Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.