XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 15:50

Türkiyə sabahreferenduma gedir

İndiyədək Türkiyədə konstitusiyaya dəyişiklik etmək məqsədi ilə 6 referendum olub. Vətəndaşlar 1961, 1982, 1987, 2007 və 2010-cu illərdə keçirilən səsvermədə dəyişiklikləri dəstəkləsə də, 1988-ci ildə təklif olunan dəyişikliyi qəbul etməyib.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ölkəyə “prezident üsul-idarəsi sistemini” gətirəcək 18 maddəlik yeni konstitusiya dəyişikliyinə səs vermək üçün aprelin 16-da 7-ci dəfə referendum keçiriləcək. Referendumda ölkə daxilində 55 milyon 319 min 222 seçici 167 min 140 seçki qutusunda öz seçimini bildirəcək. Həbsxanalarda isə 461 seçki qutusu quraşdırılacaq.

Ali Seçki Komissiyasının (ASK) hazırladığı seçki təqvimi çərçivəsində aprelin 9-da qüvvəyə minən təbliğat sərbəstliyi və bir sıra seçki qadağaları bu gün yerli vaxtla 18:00-da sona çatacaq. Siyasi partiyalar təbliğat müddəti başa çatanadək mətbuatda elan və reklam yolu ilə, həmçinin internet səhifəsi açaraq yazı və ya video şəklində təbliğat apara bilərlər.

Seçki günü radio, televiziya və digər yayım orqanları yerli vaxtla saat 18:00-dək, yəni səsvermə başa çatana qədər seçkinin nəticələri ilə bağlı xəbərlər, proqnozlar və şərhlər verə bilməz. Saat 18:00-21:00 arası isə referendum haqqında yalnız ASK tərəfindən verilən informasiyalar yayımlanacaq.