XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

15 Aprel 2017 - 16:09

Çində ilk telekommunikasiyapeyki buraxılıb

Çində nəqliyyat vasitələrində yüksəksürətli internetin təmini üçün “SJ-1” ailəsinə aid ilk müasir telekommunikasiya peyki buraxılıb.

Azərtac “DNI24” resursuna istinadən xəbər verir ki, Yerətrafı orbitə buraxılan peyk Çin əhalisinin, o cümlədən nəqliyyat sərnişinlərinin simsiz yüksəksürətli internetlə təmini məqsədilə mövcud geostasionar orbitdə on beş il müddətində dövr edəcək.

Qeyd olunur ki, Çin Kosmik Elmlər və Sənaye Birliyi orbitə bütün dünyada genişzolaqlı internetdən istifadənin təmininə imkan verəcək 156 kiçik peyk buraxmağı planlaşdırdığını bəyan edib.