XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 16:02

“Google Chrome”da səhifələrin yüklənmə sürəti20 faiz artıb

“Chromium” əsasında işləyən “Chrome” və başqa brauzerlərdə istifadə edilən “V8 JavaScript” mühərrikinin hazırlanmasına məsuliyyət daşıyan komanda ötənilki nailiyyətini paylaşıb.

İstehsalçılar “Google” tərəfindən “JavaScript” mühərrikinin məhsuldarlığını ölçmək üçün yaradılmış “Octane” məhsuldarlıq testində bir sıra testlər keçiriblər. Amma “Octane” məhsuldarlıq testi brauzerin real şəraitdəki davranışını əks etdirmir. Buna görə “V8” mühərrikinin tərtibatçılar komandası onu “Facebook”, “Reddit”, “Twitter” və “Wikipedia” kimi məşhur saytlarda yoxlamaq qərarına gəlib.

Azərtac “4pda.ru” saytına istinadən xəbər verir ki, tərtibatçılar “JavaScript” mühərrikinin real məhsuldarlığını ölçmək üçün yeni “Speedometer” adlı məhsuldarlıq testi yaradıblar. Yeni testin nəticəsinə görə, tipik veb-səhifələrin yüklənmə sürəti skriptlərin işə düşməsindən asılıdır. Buna görə son ildə optimallaşdırma üzrə aparılmış işlər prosessorun arxitekturasından asılı olaraq, saytların yüklənmə vaxtının 10-20 faiz artmasına səbəb olub.