XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 17:36

Türkiyədəki referendumun nəticələri lirəninməzənnəsinə təsir edəcək

Sabah Türkiyədə keçiriləcək ümumxalq səsverməsinin (referendum) nəticələri bu ölkədə ABŞ dollarının məzənnəsinə, fond birjasındakı vəziyyətə və maliyyə aktivlərinin dəyərinə ciddi təsir göstərəcək. 

"Report"un analitik qrupu hesab edir ki, referendum qutusundan "Bəli" çıxması bu ilin II yarısında iqtisadi islahatların davam etdirilməsinə səbəb olacaq. Bu gözlənti isə dolların məzənnəsinin 3,6 lirəyə enməsinə, fond birjası indeksinin 92 000 bəndə yüksəlməsinə, türk istiqrazlarının isə bahalaşmasına gətirib çıxaracaq.

Əks halda, Türkiyənin qısa müddətdə parlament seçkilərinə getməsi ehtimalı var ki, bu da dövlət büdcəsi xərclərini artıracaq, islahatları təxirə salacaq. Nəticədə, dolların məzənnəsi 3,90 lirəyə çata, fond birjası indeksi 82000 bəndə düşə, türk istiqrazları isə ucuzlaşa bilər.