XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 20:51

İŞİD Mosulda kimyəvi silahtətbiq edib

İŞİD terror qruplaşmasının yaraqlıları cümə günü İraqın Mosul şəhərinin qərbində yerləşən və bu yaxınlarda azad olunmuş rayonlarda zəhərləyici maddə tətbiq ediblər.

“Report” xəbər verir ki, bu barədə İraq ordusundakı anonim mənbəyə istinadən “Associated Press” məlumat yayıb.

Onun sözlərinə görə, İŞİD yaraqlıları tərkibində xlor olan raket atıblar. Hücum nəticəsində yeddi hərbçinin tənəffüsündə problem yaranıb, onlar xəstəxanaya yerləşdirilib.