XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 21:04

Parisin şimalında mühacirlər arasındatoqquşma olub

Aprelin 15-ə keçən gecə Fransanın paytaxtı Paris şəhərinin şimalında yerləşən Porte de la Chapelle rayonunda mühacirlər arasında toqquşma olub.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iğtişaşlarda Əfqanıstandan və Sudandan olan təxminən yüzdən çox mühacir iştirak edib. İnsidentə bu rayonda açılmış mühacirlərin qəbulu mərkəzində yer çatışmazlığının səbəb olduğu bildirilir. Yaranmış vəziyyətə müdaxilə etmək məcburiyyətində qalan polis yalnız bir neçə saatdan sonra asayişi bərpa edə bilib.

İğtişaşlar nəticəsində azı 20 mühacir müxtəlif dərəcəli xəsarətlər alıb.

Porte de la Chapelle rayonundakı mühacirlərin qəbulu mərkəzi 2016-cı ilin noyabrında fəaliyyətə başlayıb. 400 nəfər tutumu olan mərkəz hər gün 50-75 yeni mühaciri qəbul edə bilir. Bununla yanaşı, mərkəzdə qalma müddəti 10 günlə məhdudlaşır.