Avstriyanın paytaxtı Vyananın Maydlinq rayonunda yerləşən dəmiryolu vağzalında iki qatarın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Toqquşma şəhərətrafı və şəhərlərarası işləyən qatarlar arasında baş verib. Nəticədə bir neçə vaqon çevrilib.
“Vyana-Maydlinq” vağzalı müvəqqəti olaraq bağlanıb. 30 nəfər xilas edilib, onlardan yeddisi xəsarət alıb”, – deyə polisin məlumatında bildirilir.