XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 11:16

ABŞ-ın vitse-prezidenti Şimali Koreyanı hədələdi:“Bizim administrasiyanın səbri tükənib...”

Birləşmiş Ştatlar administrasiyası yeni nüvə və ballistik raket sınaqlarına can atan Şimali Koreya rejiminə qarşı ritorikanı getdikcə sərtləşdirir.

ABŞ-ın vitse-prezidenti Maykl Pens Koreya yarımadasına, Cənubi Koreya ilə Şimali Koreyanı ayıran demilitarizə olunmuş zonaya səfər edərək oradan Pxenyana sərt mesajlar göndərib. Maykl Pens deyib ki, ABŞ həmişə sülhə can atıb, amma həmişə sülhə güc vasitəsi ilə nail olub.

Vitse-prezidentin bildirdiyinə görə, Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyasının Şimali Koreyaya münasibətdə strateji dözüm nümayiş etdirməsinin sonu gəlib çatıb. “Bizim administrasiyanın səbri tükənib və artıq “strateji dözüm” siyasətini davam etdirmək niyyətimiz yoxdur. ABŞ Koreya yarımadasında təhlükəsizliyin danışıqlar və sülh yolu ilə təmin olunmasında qəti şəkildə qərarlıdır. Lakin bütün variantlar masa üzərindədir və Vaşinqtonun Seul qarşısındakı müttəfiqlik öhdəlikləri sarsılmazdır”-Maykl Pens deyib.

Xəbər verilir ki, Pens bu gün aprelin 17-də səhər saatlarında Cənubi Koreyadakı Kemp-Bonifas Amerika hərbi bazasına baş çəkib, orada generallarla və hərbçilərlə müşavirə keçirib. Bu səfər ABŞ-ın Şimali Koreya sahillərinə “Karl Vinson” təyyarədaşıyanı başda olmaqla zərbə qruplaşması göndərməsinin ardınca baş verir. İki gün əvvəl Şimali Koreya növbəti ballistik raket sınağını keçirib, ancaq sınaq uğurlu olmayıb. (Virtualaz.org)