XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2017 - 16:20

İŞİD-in “Qafqaz əmiri” elan etdiyi terrorçu öldürüldü

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əsas köməkçilərindən biri öldürülüb.

 “RİA Novosti”nin verdiyi məlumata görə, “Qafqaz əmiri” ləqəbli terrorçu Mosulun qərbində, yaşadığı evin qarşısında güllələnib. Naməlum şəxslər “Qafqaz əmiri” ləqəbli Xasbulla əl-Qafqazini Mosulun qərbində, Təl-Afərdəkı evinin yaxınlığında öldürüblər.

 Qeyd edək ki, İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri keçən ilin oktyabr ayından Mosulun azad edilməsi üçün əməliyyat aparır. Bu ilin fevral ayından etibarən hərbçilər şəhərin qərb istiqamətində hərəkətə keçib.