XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 18:07

ATƏT Türkiyədəki seçki ilə bağlı bəyanat yaydı:“Referendum Avropa Şurası standartlarına uyğun olmayıb"

"Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum Avropa Şurası standartlarına uyğun olmayıb".

 Bu barədə ATƏT-nın Türkiyədəki referendumla bağlı müşahidə missiyasının rəhbəri Sezar Florin Predanın yaydığı bəyanatda deyilir.

 Müşahidəçilərin qənaətinə əsasən referendum ərəfəsində aparılan təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb. Bildirilir ki, referendumun texniki aspektləri yaxşı təşkil edilsə də, islahatların əsas aspektləri, fundamental azadlıqların məhdudlaşdırılması  və mümkün mənfi effektlərə dair ictimaiyyətə tərəfsiz məlumatlar verilməyib: “Referendum günü bəzi regionlar istisna olmaqla, böyük problemlər yaşanmayıb. Bununla belə, seçki məntəqələrində vətəndaş cəmiyyəti nümayəndələrin olmaması üzücüdür. Ümumilikdə referendum Avropa Şurası standartlarına uyğun keçirilməyib. Hüquqi çərçivə əsl demokratik prosesin həyata keçirilməsi üçün qeyri-kafi idi".

 Müşahidə missiyası hesab edir ki, referendum ərəfəsində ölkədəki durum, ilk növbədə qüvvədə olan fövqəladə vəziyyət mediada siyasi partiyaların mövqeyinin bitərəf işıqlandırılmasına yol açmayıb və hakim partiyaya üstünlük verilib.