Moskva vilayətinin Odintsov rayonunda Sankt-Peterburq metrosunda partlayışın təşkilatçılarından biri – Mərkəzi Asiya əsilli Abror Əzimov saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya FTX-in ictimaiyyətlə əlaqələr şöbəsi xəbər yayıb.
Məlumata görə, 1990-cı il təvəllüdlü A.Əzimov terror hadisəsini törədən Əkbərcon Cəlilovu terrora hazırlayıb.
Hazırda o, istintaq təcridxanasındadır.
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda çoxsaylı insan tələfatı ilə nəticələnən terror hadisəsi baş vermişdir.