XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2017 - 19:55

İraqın Daxili İşlər Nazirliyi İŞİD liderinin Suriyadagizləndiyini təsdiqləyib

İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkir əl-Bağdadi Suriya ərazisində gizlənir. Bu barədə məlumatı İraqın Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda İŞİD yaraqlıları İraqın 6,8 faizinə, əsasən də Əl-Qaim, Tall-Afar, Əl-Huveycə yaşayış məntəqələrinə nəzarət edirlər. Həmçinin Mosul şəhərinin qərb məhəllələrinin 30 faizə yaxını qruplaşmanın nəzarəti altındadır. Burada hökumət qüvvələri əl-Bağdadinin 2014-cü ildə xilafət qurmaq planlarını elan etdiyi Ən-Nuri məscidi istiqamətində hücumlar edir.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar ötən ilin oktyabrında başlayıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralda isə İraq ordusu qərbi Mosula hücuma keçib.