İranda keçiriləcək prezident seçkilərinin gələcək iştirakçılarından biri dövlət başçısı Həsən Ruhanini seçki əxlaqına riayət etməyə dəvət edib.
Strateq.az "Tasnim News"a istinadla xəbər verir ki, mühafizəkar siyasi qanadın əsas namizədi İbrahim Rəisi prezidentə bu məzmunda qısa məktub göndərib.
İ.Rəisi özünün və H.Ruhaninin din xadimi olduğunu nəzərə alaraq, seçki prosesində, ilk növbədə, əxlaqlı davranışın gözlənilməsini və bir-biri haqqında şübhə və təhrifə yol açan açıqlamalar vermənəyə dəvət edib.