XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2017 - 21:22

“Edamı xalqı istəyir, elə dürüstsünüzsə, ABŞ-la əlaqələri kəsin” –AKP-dən Avropaya mesaj

"Əgər Avropa Birliyi (AB) çox dürüstdürsə, ABŞ-la əlaqələri kəsər".

Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Yasin Aktay deyib.

“Bizim məqsədimiz AB-dən uzaqlaşmaq deyil. Amma edam xalqın istədiyi şeydir. ABŞ-da da edam var. Lakin Avropa bu ölkə ilə Transatlantik razılaşmalar imzalayır. Yəni ABŞ-da olduğu zaman insan haqlarına uyğun, amma Türkiyədə olanda ikili standartdır”, – partiya sədri əlavə edib(Axar.az).