XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2017 - 12:24

Varşava Türkiyədə referendumun nəticələrinəmünasibətini açıqladı

Polşa Xarici İşlər Nazirliyi məlumat verib ki, Varşava bazar günü Türkiyədə keçirilən referendumun nəticələrini nəzərə alıb və bu nəticələrin rəsmi surətdə təsdiq olunmasını gözləyir.

Polşa XİN qeyd edir ki, Türkiyə Polşa üçün NATO üzrə və bütün təhlükəsizlik strukturunda strateji tərəfdaş olaraq qalır. XİN-in məlumatında deyilir: “Ənənəvi yaxşı ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyini, habelə Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənəcəyini gözləyirik”.

Xatırladaq ki, aprelin 16-da Türkiyədə keçirilən referendumda ölkə Prezidentinin səlahiyyətlərinin genişləndirilməsi tərəfdarları qalib gəliblər.