XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 13:25

“Yerliləri işə götür, yerli mal al!”- ABŞ prezidenti yeni fərman imzaladı

ABŞ prezidenti Donald Tramp yerli işçi qüvvəsinə və yerli məhsullara dəstək məqsədilə yeni fərman imzalayıb.

“Yerliləri işə götür, yerli mal al!” adlı sənəd ölkə daxilində yerli istehsalı stimullaşdırmağı hədəfləyib.

Ağ Evdən bildiriblər ki, ABŞ-ın əvvəl imzaladığı sərbəst ticarət haqda sazişlər yerli istehsala mənfi təsir göstərib və yerlilərin məşğulluq səviyyəsini aşağı salıb.

Xatırladaq ki, Tramp martın 31-də iş yerlərinin saxlanılması və sənayenin ABŞ-a qayıtmasını stimullaşdıran daha iki fərman imzalamışdı(azadliq.info).