XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2017 - 14:05

OPEC neft hasilatının azaldılması sazişinin müddətinin uzadılıb-uzadılmaması qərarınıbu tarixdə verəcək

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılıb-uzadılmaması barədə qərarı mayın 25-də verəcək.

Azərtac “bloomberght.com”a istinadla xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

O bildirib ki, bu qərar Monitorinq Komitəsinin hesabatlarından asılı olacaq.

M.Barkindo ölkə göstəriciləri və ikinci dərəcəli mənbələrdən əldə olunan göstəricilər arasındakı fərq azalmağa başladığını vurğulayıb: "Neft hasilatına dair göstəricilər arasındakı fərq azalır. Bu fərqi minimuma endirmək üçün çox çalışırıq".

Neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə qoşulan bütün OPEC-ə üzv ölkələrin və digər istehsalçıların ehtiyatları azaltmaqda maraqlı olduqlarını bildirən OPEC-in baş katibi deyib: "Bu saziş ilə bütün ölkələrin neft bazarında yenidən sabitliyi yaratmaq istəyirik".

O qeyd edib ki, OPEC şist nefti istehsalçıları ilə də əlaqələri genişləndirməkdə maraqlıdır.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub.

Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.