XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 14:14

Tereza Mey seçkiqabağı teledebatlardaiştirak etməyəcək

Böyük Britaniyanın Baş naziri Tereza Mey növbədənkənar parlament seçkiləri ərəfəsində keçiriləcək teledebatlarda iştirakdan imtina edib. Nazirlər kabinetinin başçısı BBC telekanalının efirində elektoratla görüşlərlə kifayətlənəcəyini bildirib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazir, həmçinin növbədənkənar seçkilərin müxalifət partiyalarının Krallığın Avropa İttifaqının tərkibindən çıxması prosesinə (Brexit) mane olmasının qarşısını alacağını bildirib.

Müxalif Leyborist Partiyasının lideri Ceremi Korbin öz növbəsində Baş naziri üzbəüz teledebatlardan yayımamağa çağırıb. Liberal Demokratlar Partiyasının lideri Tim Farron isə debatları yayımlayacaq televiziya şirkətlərindən Baş nazirin yerinə hər dəfə boş stul qoyulmasını istəyib.

Xatırladaq ki, aprelin 18-də Tereza Mey növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını bəyan edib. Bu qərarın qüvvəyə minməsi üçün onu İcmalar Palatası deputatlarının 2/3 hissəsi dəstəkləməlidir. Əsas partiyalar növbədənkənar seçkilərin lehinə olduğu üçün Tereza Meyin lazımi nəticəni əldə edəcəyi gözlənilir.