XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 16:10

AŞPA-dan Türkiyəyə edam cəza ilə bağlı xəbərdarlıq:"Gərək Ərdoğanın heç bir illüziyası olmasın"

"Türkiyədə edam cəzasının yenidən tətbiqi ölkənin Avropa Şurasında üzvlüyünə uyğun gəlməyəcək".

Bunu AŞPA-nın edam cəzasının ləğvi üzrə baş məruzəçisi İv Kruşet deyib.

“Xatırlatmaq istərdim ki, hazırda təşkilatımıza 47 üzv ölkənin heç birində ölüm cəzası icra edilmir. Ölüm cəzasından imtina qurumumuzun  əsas prinsiplərindən biridir. AŞPA buna moratorium elan etməklə, Avropanı ölüm cəzası olmayan qitəyə çevirməyə çalışıb. Asambleya bu məsələdə geriyə addım atmağı qəbul etməyəcək. Gərək prezident Ərdoğanın heç bir illüziyası olmasın. Türkiyədə ölüm cəzasının yenidən tətbiqi ölkənin Avropa Şurasındakı hazırkı üzvlüyünə uyğun gəlməyəcək”, – deyə İ. Kurşet bildirib.

Qeyd edək ki, Türkiyə Avropa Şurasının təsisçilərindən biridir.

APA