XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2017 - 20:45

“Bağdadi həmin bölgədə tam təhlükəsizlikdədir” –Əsəd İŞİD liderinin yaxalanmasını təkzib etdi

"İŞİD lideri Əbubəkr Bağdadinin yaxalanması ilə bağlı yayılan xəbərlər doğru deyil".

Bu sözləri Suriya lideri Bəşər Əsəd “Sputnik”ə açıqlamasında deyib.

“Bu yöndə yayılan xəbərlər həqiqətə uyğun deyil. İraq-Suriya sərhədi tamamilə İŞİD-in nəzarətindədir. Bu səbəbdən Bağdadi həmin bölgədə tam təhlükəsizlikdədir”, – Əsəd bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda yayılan məlumatlarda Bağdadinin yaxalandığı bildirilmişdi.