XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2017 - 10:18

İŞİD Parisdəki terrora görə məsuliyyəti böynuna götürdü

Bu gecə Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına atəş açmış terrorçulardan biri zərərsizləşdirilib.

Trend-in məlumatına görə, digərinin tutulması üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İŞİD terror qruplaşması terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Fransa Prezidenti Fransua Olland da silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, Şanzelize küçəsində AK markalı avtomat silahdan atəş açılması nəticəsində bir polis ölüb, ikisi yaralanıb.