XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2017 - 10:39

ABŞ və Rusiyanın Suriya ilə bağlı görüşü təxirə salındı

ABŞ, Rusiya və BMT-nin qatılacağı üçtərəfli görüş təxirə salınıb.

Strateq.az “Amerikanın səsi” radiosuna istinadən bildirir ki, Suriya ilə bağlı bazar ertəsi görüşünün təxirə salındığını BMT-nin Suriya üzrə xüsusi elçisi Staffam De Mistura bəyan edib.

Mistura deyib ki, Amerikanın nəyə görə görüşdən imtina etdiyini bilmir, lakin Vaşinqtonun Suriyadakı vəziyyətlə bağlı danışıqlara sadiq qaldığına inanır. O, bazar ertəsi günü Rusiyanın xarici işlər nazirinin müavini Qennadi Qatilovla görüşəcəyini deyib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi bildirib ki, Qazaxıstanın paytaxtı Astana və Cenevrə sülh danışıqlarından öncə müzakirə ediləcək bir çox məsələ var. Rusiya, Türkiyə və İranın sponsorluq etdiyi Astana müzakirələri may ayının 3-ü və 4-də keçiriləcək. Diqqət mərkəzində atəşkəs olacaq görüş Cenevrə sülh danışıqlarına yola açacaq.