XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2017 - 15:27

Peterburq metrosundakı terrorda yaralanan daha bir nəfər vəfat etdi

 

Rusiyanın Sankt-Peterburq şəhərinin metrosundakı partlayışda ölənlərin sayı 16-ya çatıb. Novator.az-ın məlumatına görə, ağır yaralı qadın aprelin 21-i xəstəxanada dünyasını dəyişib. Xəstəxanalarda 23 yaralının müalicəsi davam edir.

Partlayış aprelin 3-də metronun iki stansiyası arasında törədilib. Daha bir stansiyaya qoyulmuş partlayıcı qurğu isə zərərsizləşdirilib.

Hüquq mühafizə orqanları terror aktının icraçısının Rusiya vətəndaşı Əkbərcan Cəlilov olduğunu bildirir. Qeyd olunur ki, Əkbərcan Cəlilov “Ploşad Vosstaniya” stansiyasına bomba qoyub, “Sennaya ploşad” və “Texnologiya İnstitutu-2” stansiyaları arasında isə özünü partladıb.

Terror aktında Əkbərcan Cəlilovla birgə 13 nəfər həlak olub, aprelin 12-də daha bir nəfər xəstəxanada ölüb.

Aprelin 21-nə olan rəsmi bilgilərə əsasən, 3 aprel terrorunda şübhəli bilinən bir neçə nəfər, o cümlədən Qırğızıstan vətəndaşı Abror Əzimov tutulub. İstintaqın iddiasına görə, Əkbərcan Cəlilovu terror aktına Abror Əzimov hazırlayıb.

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bəyan edib ki, terror aktının sifarişçisi müəyyənləşdirilib. Amma hələlik ad çəkilmir.