XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

22 Aprel 2017 - 10:55

Pens:"ABŞ Koreya yarımadasının nüvəsiz statusunun saxlanılması üçün çalışacaq"

ABŞ Asiya-Sakit Okean regionunda "sülhün və sabitliyin dəstəklənməsi üçün lazım olan hər şeyi etməyə hazırdır".

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ vitse-prezidenti Mayk Pens Sidneydə Avstraliyanın baş naziri Malkolm Ternbull ilə keçirilmiş danışıqlardan sonra deyib.

Vitse-prezident qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə Koreya yarmadasında nüvəsiz statusunun saxlanılması üçün "KXDR-ya iqtisadi və diplomatik təzyiq göstərməkdə davam edəcək".

"Biz bütün mümkün variantları nəzərdən keçiririk", – Pens deyib.

Avstraliyanın baş naziri öz növbəsində Çini Phenyana olan "nəhəng təsir"indən istifadə etməyə çağırıb.

"Biz də hesab edirik ki, Çin bu baxımdan indiyədək etdiyindən daha çoxunu edə bilər", – Mayk Pens deyib.