XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2017 - 11:16

Kanar adalarında 140 sərnişin daşıyanbərə pirsə çırpılıb

"Armas" şirkətinə məxsus 140 sərnişini daşıyan "Volcn de Tamasite" adlı bərə Las-Palmas-de-Qran-Kanariya şəhərindən çıxarkən pirsə çırpılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 20:30-da baş verib. Elektrikdə nasazlıq olduğundan, komanda mühərrikləri idarə edə bilməyib və nəticədə bərə pirsə çırpılıb.

Hadisə nəticəsində bərədə olan sərnişinlər xəsarət almayıb. Lakin bərəyə və pirsə ciddi ziyan dəyib.