ABŞ-ın enerji nəhəngi “Schlumberger” şirkətinin gəliri 6 faiz artıb.
Azərtac şirkətə istinadla xəbər verir ki, “Schlumberger”in gəliri bu ilin birinci rübündə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb. Belə ki, şirkətin gəliri 6,52 milyard dollardan 6,89 milyard dollara yüksəlib.
“Schlumberger”in ilin ilk rübündəki xalis mənfəəti isə 279 milyon dollara düşüb. Şirkətin ötən ilin eyni dövründəki xalis mənfəəti 501 milyon dollar olmuşdu.