7 iyun seçkilərindən nəticə ala bilməyən Türkiyə bu gun təkrar parlament seçkilərinə gedir.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkilərdə 29 siyasi partiya iştirak edir. Lakin əsas yarış 4 partiya – AKP, CHP, MHP və HDP arasında keçəcək. Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb 18:00-da başa çatacaq.
Qeyd edək ki, Türkiyədə təkbaşına hökumət qurmaq üçün partiyalardan birinin 278 deputat yeri əldə etməsi vacibdir.
ötən seçkidə təkbaşına iqtidar üçün yetərli səs toplaya bilməyən AKP bu dəfə uğur qazanacağına və kürdyönümlü HDP-ni barajın altında qoyacağına ümid edir.