XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

23 Aprel 2017 - 09:11

Fransada prezident seçkilərininbirinci turu keçirilir

Fransada prezident seçkilərinin birinci turu keçirilir.

Fransa vətəndaşları mayın 7-də baş tutacaq ikinci tur üçün 2 namizədin adını müəyyən etməlidir. Artıq bir sıra ölkələrdə Fransa vətəndaşları üçün seçki məntəqələrində səs verib.

Seçkilərin favoritləri “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və “Milli cəbhə”nin lideri Marin Le Pen hesab olunur. Keçirilən sorğulara görə, məhz bu iki namizədin ikinci tura çıxmaq şansı daha çoxdur. Onlardan sonra “Respublikaçılar” partiyasından Fransua Fiyon və “Tabe olmayan Fransa” hərəkatını təmsil edən Jan-Lyuk Melanşon ikinci mərhələyə keçmək uğrunda mübarizə aparacaq populyar namizədlərdir. (Trend)