XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Aprel 2017 - 10:35

Yəməndə Əl-Qaidanın səhrakomandirləri tutulub

Yəmənin terror əleyhinə hərbi birləşmələri “Ərəbistan yarımadasında Əl-Qaida” terror şəbəkəsinin səhra komandirlərinin saxlanması ilə bağlı əməliyyat keçirib.

Azərtac xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Yəmən hökumətinə kömək edən Ərəbistan koalisiyasının qərargahından bildirilib. Xüsusi təyinatlılar və aviasiyanın iştirakı ilə keçirilən əməliyyat nəticəsində terror şəbəkəsinin bir neçə başçısı tutulub. Onların əksəriyyəti digər ölkələrdən olan silahlılardır. Məlumata əsasən, yaraqlılar Yəmənin cənubunda terror aktları həyata keçirməyi planlaşdırıblar. Hərbçilər silah, texnika və partladıcı maddələr aşkar ediblər.