XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 Noyabr 2015 - 08:28

Hadisə yerinə 80 xilasedici göndərildi – Fövqəladə hallar naziri də getdi

Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstəsi Qahirədən А321 təyyarəsinin qəzaya uğradığı əraziyə yola düşüb.

“İnterfaxs” xəbər verir ki, rusiyalı xilasedicilər yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına qoşulacaqlar. Onlar avtonom rejimdə işləməyə imkan verən bütün zəruri texnika və avadanlıqla təchiz ediliblər. Qəza yerində, həmçinin operativ qərargah və mobil düşərgə təşkil olunacaq.

Rusiya Federasiyasının fövqəladə hallar naziri Vladimir Puçkov da Misirdədir. O, “Rossiya24” telekanalına müsahibəsində А321 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların axtarışlarının bir necə günə yekunlaşacağını bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx- ankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub. Misir tərəfinin məlumatına görə, qəza yerində indiyədək 150-yə yaxın cəsəd aşkarlanıb. Təyyarənin qalıqları beş kilometr radiusda yayılıb(Azərtac).