XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

23 Aprel 2017 - 13:31

Rusiyalı müğənniUkraynaya buraxılmadı

Rusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb.

"Report" xəbər verir ki, bu barədə müğənni "Facebook"dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.

"Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada şəhər – qeyd "Report".), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər", – deyə o bildirib.

Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.