XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2017 - 22:39

Sakit okeanda ABŞ-Yaponiyabirgə hərbi təlimləri başlayıb

Sakit okeanda ABŞ-la Yaponiyanın birgə hərbi təlimləri başlayıb.

"Report" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumatda bildirilir ki, təlimlərdə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu iştirak edir. Ona "Karl Vinson" hərbi gəmisi rəhbərlik edir.

Hərbi təlimlər bir neçə gün davam edəcək. Təlimlər ərəfəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, "Karl Vinson" aprelin sonlarına qədər Yapon dənizində, Koreya sahilləri yaxınlığında olacaq.