ABŞ-ın müdafiə naziri Afrika ölkəsi Cibutidədir. Cim Mattis ABŞ-n Afrika ölkələrində yeganə hərbi bazasına səfər etdikdən sonra o ölkənin prezidenti və müdafiə naziri ilə görüşüb.
Lemonnier hərbi bazası Amerika qüvvələri üçün mühüm strateji mahiyyət daşıyan yerdir.
Mattisin səfəri Amerikanın regional təhlükəsizlik sahəsindəki rolunu dəyişdiyi vaxta təsadüf edir. Nazir Cibutidən əvvəl Səudiyyə Ərəbistanı Misir, İsrail, Qətərdə olub.
Cibuti təkcə Amerikanın hərbi mövcudluğu olan ölkə deyil. Amerika ilə rəqibət aparan Çin də o ölkədə ilk xarici hərbi bazasını salmaqdadır. Amerika bazasından bir neçə km-likdə baza quran Çin Afrika Buynuzunda nüfuzunu artırmağa çalışır. “Çinin mövcudluğu güclü olacaq. Bu, Qərbin humanitar missiyalı yumşaq qüvvəsinə bənzəməz. Çin bölgədəki resurslara ciddi maraq göstərir” – deyə sabiq müdafiə nazirinin müavini Rudi Deleon bildirib.
Əhalisi yoxsul olsa da, bu ölkə neft, qızıl və təbii qazla zəngindir. Ekspertlərin fikrincə, Çin ən yoxsul və quraqlıq bölgələrdə inkişaflara maraq göstərir. Mattis 2005-ci ildə Leon Panettanın bazaya səfərindən sonra oranı ziyarət edən ilk müdafiə naziridir. (Amerikanın səsi)