BMT-nin İraq təmsilçisi Jan Kubis Nəcəfdə Sistani ilə görüşüb.
Strateq.az-ın bildirdiyinə görə, görüşdə İraqın başlıca problemləri müzakirə olunub. Görüşdən sonra açıqlama verən Kubis tərəf-müqabiliylə əsasən həqiqi islahatlar və korrupsiyaya qarşı mübarizə məsələləri üzərində fikir mübadiləsi apardıqlarını bildirib. Daha sonra müxalifətə müraciət edən BMT təmsilçisi onları ölkədə aparılan islahatları sadəcə tənqid etməklə kifayətlənməməyə və konkret təkliflər verməyə çağırıb.
Qeyd edək ki, İraqın baş naziri Heydər İbadi son 3 ay ərzində islahatlar adı ilə bir sıra dəyişikliklərə imza atıb. Müxaliflər isə bu dəyişikliklərin islahat yox, sadəcə qənaətetmə tədbirləri adlandırır. İbadi islahatlarına ən çox qarşı çıxanlar isə parlamentin sünni deputatlarıdır.
Maraqlıdır ki, BMT nümayəndəsi ilə İbadi arasında keçirilən görüşdə müzakirə olunan məsələlərdən biri də məzhəblər arası dialoq mövzusu olub. Bunu Jan Kubis də etiraf edib. Mətbaut konfransında o, “İraq xalqını əmələ gətirən bütün subyektlərin bərabər hüquqlu olduğunu və daxili problemlərdən hər kəsin əziyyət çəkdiyini” deyib.