XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 15:25

ABŞ dövlət katibi:“Krım Ukraynaya qaytarılmayanadək Rusiyaya qarşı sanksiyalar qalacaq”

Rusiyanın Ukraynanın şərqindəki fəaliyyəti Moskva və Vaşinqton arasındakı münasibətlərə mane olur.

Avropa.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığında deyib.

ABŞ Dövlət Departamentinin məlumatında deyilir ki, Tillerson özünün Moskvaya səfərini və Rusiya hakimiyyətinin ona mesajını müzakirə etmək üçün Poroşenkoya zəng edib.

Ağ Ev Kremllə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunu bildirib. Lakin Krım üzərində nəzarət Ukraynaya qaytarılmayanadək və Minsk anlaşmasının şərtləri tam yerinə yetirilməyənədək sanksiyalar qalacaq.